• HADİSƏ

    02:07 9 yanvar 2021

Bakıda sərnişin avtobusda yıxılaraq ağır xəsarət alıb

Bakının Yasamal rayonunda sərnişin avtobusunun sürücüsünün qəfil əyləcdən istifadə etməsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində hərəkətdə olan 39 nömrəli sərnişin avtobusunda baş verib.

Bu zaman müvazinətini itirən 1995-ci il təvəllüdlü Kazımov Seyran Rəşid oğlu avtobusun salonunda yerə yıxılıb. O, dizindən ağır xəsarət alıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR