Bakının Xətai rayonu, Zığ şosesində 104 nömrəli marşrut avtobusu qəza törədib.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 43 və 34 yaşlı qadınlar Sabunçudakı 3 saylı xəstəxanaya, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Qadınlara bədənin müxtəlif nahiyələrinin xəsarəti diaqnozu qoyulub.