• HADİSƏ

    23:17 14 aprel 2021

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda dayanıb. Bu zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Qəza zamanı xəsarət alan “Hyundai” markalı avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Zamanov Zəlimxan Fariz oğlu alın nahiyəsinin əzilmiş-cırılmış yaraları ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR