• HADİSƏ

    23:11 19 dekabr 2019

Bakıda sərxoş kişi bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Axundzadə küçəsində 1957-ci il təvəllüdlü Adil Dadaşov tanımadığı şəxslə mübahisə zəmnində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR