Bakıda sərxoş kişini avtomobil vurub - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 01:38 17 Fevral 2021

Bakıda sərxoş kişini avtomobil vurub - FOTO - VİDEO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA  xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Hidayət Əliyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman qəfil onun qarşısına 1959-cu il təvəllüdlü Ələkbərov Əmiraslan Sultan oğlu çıxıb. Avtomobilin vurması nəticəsində Ə.Ələkbərov ağır xəsarət alıb. Sürücü yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırıb. Xəstəxanın növbətçi həkimi Loğman Məmmədovun APA-ya verdiyi məlumata görə, yaralı sərxoş vəziyyətdə qəbul edilib və ayağından sınıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağırdır.

Faktı Sabunçu polisi araşdırır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR