Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Həsənov Məzahir Əsəd oğlunu vurub.
Sürücü yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Ona üzün və bədənin müxtəlif nahiyələrinin sıyrılmış yarası diaqnozu qoyulub. Vəziyyəti kafi olan M.Həsənov ambulator müalicə üçün evə buraxılıb. Yaralının içkili vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.