BŞBPİ tabeli polis orqanları ilə birgə paytaxt ərazisində sərxoş sürücülərə qarşı reydlər keçirib.
ONA xəbər verir ki, reydlər zamanı ümumilikdə 10-dan çox sərxoş sürücü saxlanılıb. Onlardan iki nəfər əcnəbi vətəndaşdır.
Saxlanılan sürücülər Alkoqol Sərxoşluğunun Müayinəsi Məntəqəsində müayinədən keçirilib və sərxoşluqları sübuta yetirilib. Onlara qarşı inzibati qaydada tədbirlər görülüb.
Bakı Şəhər Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəsi Vaqif Əsədovun sözlərinə görə, reydin keçirilməsində əsas məqsəd vətəndaşlarda polisə qarşı etimadı artırmaqdır. Bildirilir ki, bu cür reydlər bundan sonra da davam etdiriləcək.