Avqustun 5-də Bakının Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirilib.
ONA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.
Bakı şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.