Qətl törətməkdə təqsirləndirilən Rafət Nərimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əliövsəd Abasovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, ötən il iyunun 8-də Yasamal rayonu ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib.
Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib və orada ölüb.
R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.