Paytaxt sakininə hücum edib pulunu alan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan yolu küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb.
Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkən bununla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.