Bakıda sükan arxasında yuxulayan sürücü qəza törədib
  • HADİSƏ

  • 04:17 31 May 2019

Bakıda sükan arxasında yuxulayan sürücü qəza törədib

Gecə saatlarında paytaxtın Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, 1951-ci il təvəllüdlü Əkbərov Elxan İsmayıl oğlu Kürdəxanı qəsəbəsi ərazisində idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. E.Əkbərova sol topuğun və aşağı ətrafların sınığı, kəllə-beyin travması diaqnozu təyin edilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb.

Nurlan Əli

Teqlər: Bakı qəza

OXŞAR XƏBƏRLƏR