Bakının Nəsimi rayonun yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Füzuli küçəsi 53 ünvanında qeydə alınıb.
1964-cü il təvəllüdlü İsmayılova Həcər Sadıq qızı yol süpürən zaman onu minik avtomobili vurub. Hadisə şahidlərinin köməkliyi ilə qadın xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsi və qarnının küt travması, o cümlədən diz qapağının sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, H.İsmayılova Nəsimi Rayon Mənzil Kommunnal Təsərüffat Birliyinin əməkdaşıdır.