• HADİSƏ

    04:58 3 mart 2020

Bakıda sürücü idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpıb - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Abdulla Şaiq küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsünün diqqəti mobil telefonda olduğundan sükana nəzarəti itirib və nəticədə yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü yüngül bədən xəsarəti alıb.

Baş vermiş qəza ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR