Bakıda betonqarışdıran maşının sürücüsünü elektrik cərəyanı vurub.
ONA-nın xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, DSK yolu kimi tanınan ərazidəki beton tədarükü zavodunda betonqarışdıran avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Quliyev Vasif Yusif oğlu avtomobilin üzərinə çıxıb iş görən zaman yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman gərginlik onu vuraraq yandırıb. V.Quliyev hadisə yerində ölüb.
Hazırda Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
Nurlan Əli