• HADİSƏ

    01:29 27 noyabr 2019

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

"Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini beton arakəsməyə vurub. Zərbənin təsirindən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı əraziyə Nərimanov RDYPŞ-nin əməkdaşları cəlb edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR