• HADİSƏ

    03:03 4 aprel 2021

Bakıda taksi sürücüsü sərnişin tərəfindən bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, qanlı insident Biləcəri qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Zülfüqarov Elməddin Həsən oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə sərnişin apararkən onlar arasında yolda mübahisə düşüb. Sərnişin sürücüyə bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR