• HADİSƏ

    09:02 8 iyul 2019

Bakıda tanınmış "Ağ çiçəyim" gül mağazasında yanğın baş verib - FOTO

Bakının Nizami rayonu, Qara Qarayev prospektində yanğın baş verib.

APA xəbər verir ki, hadisə metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül dükanında qeydə alınıb.

Bununla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da ərazidə müvafiq tədbirlər görür.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR