• HADİSƏ

    00:54 8 mart 2019

Bakıda tank əleyhinə mina tapılıb

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 7 mart saat 16:41-də ANAMA-ya Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan ONA-ya bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dəmir Yolu Nəqliyyatında polis İdarəsinin, Sabunçu Xətt polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sabunçu Xətt polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alının. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 500 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR