• HADİSƏ

    21:19 8 may 2019

Bakıda təkərin partlaması ölümə səbəb olub

Bakıda bədbəxt hadisə baş verib.

ONA-nın xəbərinə görə, Nərimanov rayonu, Abışov küçəsində yerləşən "Ruzigar" şirkətinin qaynaqçısı təkəri qaynaq edərkən təkər partlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, hadisə nəticəsində 48 yaşlı qaynaqçı aldığı xəsarətlərdən dünyasını dəyişib.

O deyib ki, təcili yardım briqadası hadisə yerinə çatana qədər qaynaqçı keçinib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR