• HADİSƏ

    06:20 1 mart 2019

Bakıda tələbələr arasında kütləvi dava düşüb - bıçaqlananlar var 

Binəqədi rayonunda 9 tələbənin iştirakı ilə dava düşüb.

ONA-nın xəbərinə görə, hadisə Azadlıq metrosunun yaxınlıqdakı parkda baş verib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 9 nəfər ikinci kurs tələbəsi aralarında mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.

Qeyd edək ki, M.Vəlizadənin vəziyyəti ağırlaşıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR