• HADİSƏ

    09:38 12 aprel 2019

Bakıda tələbəni qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Murğuzov saxlanılıb.

Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E. Xəlilov isə Texniki Universitetin tələbəsi olub.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR