• HADİSƏ

    17:51 17 may 2019

Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər həbs edilib

Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər həbs edilib.

ONA-nın məlumatına görə, Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlunun dava zamanı ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Cümşüd Balabəyov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məlum hadisə mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Bakı İdarəetmə və Texnologiya Kollecindən ONA-ya verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR