• HADİSƏ

    15:19 5 aprel 2019

Bakıda Texniki Universitetin tələbəsini maşın vurub - FOTO - YENİLƏNİB

Bakıda avtomobillə vurulan tələbənin adı məlum olub.

ONA-nın məlumatına görə, xəsarət alan şəxsin, Texniki Universitetin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazlı İlkin Bəxtiyar oğlu olması müəyyən edilib.

Şahidlərinin sözlərinə görə, İ.Şahbazlı yol kənarında saxladığı şəxsi avtomobilinə minmək istəyərkən maşın onu vurub.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 14:41

Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, “Chrysler” markalı maşın yolun kənarı ilə gedən Azərbaycan Texniki Universitetinin III kurs tələbəsini vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. ONA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, xəstə reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR