• HADİSƏ

    14:07 5 avqust 2019

Bakıda ticarət mərkəzində baş verən yanğında 26 nəfər tüstüdən zəhərlənib - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti açıqlama yayıb.

ONA nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 4-də saat 16:29-da “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 25 texnikası, 120 nəfərlik şəxsi heyətdən ibarət yanğın bölmələri hadisə yerinə cəlb olunub.

“2-ci çağırış”la hadisə yerinə yanğısöndürənlərlə bərabər FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin 43 nəfər şəxsi heyəti və 7 texnikası cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 1600 m2 olan müxtəlif təyinatlı sənaye malları anbarının yanar konstruksiyaları və içərisindəki mallar 900 m2 sahədə yanıb. Yanğından anbarın qalan hissəsi və bitişik anbarlar mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 19:43 dəqiqədə məhdudlaşdırılıb və saat 23:30-da söndürülüb. Yanğın zamanı 16-si FHN əməkdaşı olmaqla 26 nəfər tüstüdən zəhərlənib. Onlardan 17 nəfər (12 nəfər FHN əməkdaşı, 4 nəfər polis, 1 nəfər tibb işçisi) Respublika Toksikologiya Mərkəzinə aparılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 9 nəfərə yerində (“Sədərək” ticarət mərkəzinin ərazisində) tibbi yardım göstərilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR