• HADİSƏ

    10:48 10 dekabr 2019

Bakıda tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün təyyarə və 3 helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

APA-nın müxbiri hadisə yerindən xəbər verir ki, nazir müavini vəziyyətlə tanış olub, yanğının qarşısının alınması üçün müvafiq tapşırıqlarını verib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerində 6 nəfərə yerində yardım göstərilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

***

10.06

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

ONA FHN-in saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, "Çağırış 3" elan edilib.

"EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri də cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR