Paytaxtın Xətai rayonunda ov tüfəngi ilə hədə-qorxu gələn şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etydiyini görərək dərhal ora yaxınlaşıb. Bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.