Bakıda tuneldə qəza baş verib, ölən və xəsarət alanlar var - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 05:11 23 Aprel 2021

Bakıda tuneldə qəza baş verib, ölən və xəsarət alanlar var - FOTO

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında köüpünün yuyan AAYDA-nin əməkdaşı Nizami Məmmədovu vurub. 

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.  

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR