Bakıda üç piyadanı avtomobil vurub
  • HADİSƏ

  • 07:04 17 Fevral 2021

Bakıda üç piyadanı avtomobil vurub

Paytaxtın Qaradağ, Nizami və Sabunçu rayonlarında yol-nəqliyyat hadisələri baş verib.

APA xəbər verir ki, hadisələr gecə saatlarında qeydə alınıb.

Qaradağ rayonu, Qobustan qəsəbəsində 1983-cü il təvəllüdlü Dəmirov Rizvan Dadaş oğlunu minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. Metronun "Koroğlu" stansiyasının yaxınlığında isə 1953-cü il təvəllüdlü Zalov Heydər Mərdan oğlunu minik avtomobili vurub.

Digər piyadanın xəsarət aldığı hadisə Bakıxanov qəsəbəsində baş verib. Piyada keçidindən keçən 1987-ci il təvəllüdlü Ağayev Atakişi Müseyb oğlunu kiçiktutumlu yük avtomobili vurub. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Faktlar araşdırılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR