• HADİSƏ

    22:52 30 avqust 2019

Bakıda velosipedçi avtomobilə çırpılıb

Bakının Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Bakıxanov qəsəbəsində 26 yaşlı Bayramlı Orxan İntiqam oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək eyni istiqamətdə gedən "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Nəticədə O.Bayramlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR