Bakının Nərimanov rayonunda qəza zamanı xəsarət alan paytaxt sakini yerləşdirildiyi xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 15-də saat 9 radələrində Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Sona Binnətəliyevanı vurub.
Xəstəxanaya yerləşdirilən piyada aprelin 18-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.