Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, “Mercedes” markalı avtomobili idarə edən xanım Yeni Yasamaldan çıxaraq yüksək sürətlə Bakı Kənar Dairəvi yolundakı tunelə daxil olmaq istəyib, lakin idarəetməni itirib və avtomobil tunelin beton plitəsinə çırpılıb.
Sürücü ONA-ya verdiyi müsahibədə bildirib ki, onunla paralel sağ zolaqda avtomobil hərəkət edib. Tunelə girişdə sözügedən avtomobil qəfil onun qarşısına çıxıb.
Əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Sürücünün sərxoş olub-olmamasını aydınlaşdırmaq üçün o, müvafiq məntəqəyə aparılıb.
Fakt araşdırılır.
Nurlan Əli