• HADİSƏ

    06:10 5 yanvar 2021

Bakıda xanım sürücü iki motosikletçini vurub

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi 51 A ünvanında qeydə alınıb.

Belə ki, Aysel Məmmədova idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qəfil qarşısına iki motosiklet çıxıb. İdarəetmədən çıxan avtomobil motosikletlərə çırpılıb.

Nəticədə motosiklet sürücüləri - 1998-ci il təvəllüdlü Qurbanov Elmir Elçin oğlu və 2000-ci il təvəllüdlü Dövlətov Nicat Əhməd oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR