• HADİSƏ

    11:36 30 mart 2019

Bakıda xarici vətəndaş soyğunçuluğa məruz qalıb

Bakıda əcnəbi gecə saat 3-də soyğunçuluğa məruz qalıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş saat 3 radələrində Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR