Paytaxtın Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 20-də saat 21 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Abşeron rayon sakini K.Kərimov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Qorxmaz İsrafilovu vurub. Xəstəxanaya yerləşdirilən piyada aprelin 21-də orada ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.