• HADİSƏ

    11:01 7 may 2019

Bakıda xilasedicilər ağırçəkili şəxsin mənzildən çıxmasına kömək ediblər

Paytaxtın Suraxanı rayonunda ağırçəkili şəxs xilasedicilərin köməyi ilə evdən çıxarılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR