Bakıda xüsusi karantin qaydalarını pozan sürücünün sərxoş olduğu müəyyən edilib - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 04:49 14 İyun 2020

Bakıda xüsusi karantin qaydalarını pozan sürücünün sərxoş olduğu müəyyən edilib - FOTO

Bakının Nərimanov rayonunda sərxoş sürücü sərtləşdirilmiş karantin qaydalarını pozub.

APA xəbər verir ki, Ziya Bünyadov prospektində xüsusi karantin qaydalarını pozan "Mercedes" markalı avtomobilin sürücüsü saxlanılıb.

İsmayılov Fəzail Asif oğlunun "Mercedes" markalı avtomobillə Ziya Bünyadov prospektində xüsusi icazəsi olmadan hərəkət etdiyi müəyyənləşib. Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə "Saxla" əmri verib. Sürücünün sərxoş olması ehtimalı yarandığından o, alkoqol sərxoşluğunun təyin edilməsi məntəqəsinə dəvət edilib. Ekspert onun sərxoş halda sükan arxasında olmasını müəyyən edərək müvafiq akt tərtib edib. Sürücü F.İsmayılov bundan sonra da avtomobili idarə etməyə çalışıb. Lakin onun bu əməlinin qarşısı alınıb.

F.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 211-ci maddələrinə əsasən protokol tərtib edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR