• HADİSƏ

    10:21 18 mart 2019

Bakıda qadın yanğında ölüb

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı, 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR