Bakıda mənzil yanıb. Nəticədə bir nəfər ölüb.
ONA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, yanğın zamanı ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağının lambirindən ibarət tavanı 30 m² sahədə əriyib. Yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.