• HADİSƏ

    12:00 10 aprel 2019

Bakıda yaşayış binasında yanğın olub - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğının qarşısı alınıb.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Koroğlu Rəhimov 22 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.

***

Saat 11:40

Bakıda yaşayış binasında yanğın başlayıb.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov 22 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın 10-cu mərtəbəsində yerləşən mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR