• HADİSƏ

    12:43 4 iyun 2019

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, M.F.Axundov küçəsi 150 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda qeyd olunur ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yaşayış binasının 9-cu mərtəbəsində mənzil baş vermiş yanğın söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR