Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, Pirallahı rayonunda 1966-cı il təvəllüdlü Tolkaçyov İqor Yuyeviç yaşadığı evdə bıçaqlanıb.
O, taksi vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
İ.Tolkaçyova döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.