Bakıda yaşlı kişi kanalizasiya quyusuna düşərək ağır xəsarət alıb.
ONA-nın məlumatına görə, hadisə Xətai rayonu, Neapol küçəsi 10 B ünvanında baş verib.
1947-ci il təvəllüdlü Nadirov Viktor Əli oğlu həyətyanı sahədə gəzərkən qapağı açıq vəziyyətdə olan quyuya düşüb. Ətrafdakıların köməyi ilə o xilas edilib.
Kişinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.
Nurlan Əli