• HADİSƏ

    00:44 16 may 2019

Sabunçuda yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdı

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, 1960-cı il təvəllüdlü Quliyev Balayar Tahir oğlu Zabrat qəsəbəsində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən minik avtomobili onu vurub. Piyada qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR