• HADİSƏ

    06:39 9 iyun 2019

Bakıda yaşlı qadını avtomobil vurub

Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində 1955-ci il təvəllüdlü Abdullayeva Firəngiz Şahlar qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR