Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
ONA xəbər verir ki, Bayıl qəsəbəsində yolu keçmək istəyən 1956-ci il təvəllüdlü Məmmədova Səkinə Məşədibağır qızını minik avtomobili vurub.
Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Fakt Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırılır.
Nurlan Əli