• HADİSƏ

    16:48 28 aprel 2019

Bakıda yataqxanada yanğın olub, 15 nəfər təxliyə edilib

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan 2 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR