• HADİSƏ

    20:01 19 mart 2019

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yataqxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub və yanğın söndürülüb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR