• HADİSƏ

    22:00 6 sentyabr 2019

Bakıda yeniyetmə qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 14 yaşlı qız xəsarət alıb.


Apa xəbər verir ki, hadisə Nobel prospektində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü İslamzadə Nigar Hikmət qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR