• HADİSƏ

    03:22 6 oktyabr 2019

Bakıda yeniyetməni avtomobillə vuran sürücü hadisə yerindən uzaqlaşıb

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 14 yaşlı oğlanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Rahib Məmmədov küçəsində baş verib.

Belə ki, 14 yaşlı Hacızadə Məhəmməd Ramin oğlu Şamaxinka adlanan ərazidə yol kənarı ilə yaşadığı evə doğru gedərkən onu "Toyota Prado" markalı avtomobil vurub. Sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR