• HADİSƏ

    15:37 9 may 2019

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı tədbir keçirilib

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbir həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib. Belə ki, Heydər Əliyev prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.

Tədbir zamanı Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşən marketdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı polislər tərəfindən aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib və onlara xəbərdarlıq olunub.

Paytaxt, eləcə də regionlarda yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi tədbirlər bundan sonra da davam etdiriləcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR